İranda Novruz şənliklərində 27 nəfər ölüb, 4 095 nəfər xəsarət alıb
15-03-2023, 11:06. Разместил: heqiqet
Bunu İranın Təcili Yardım Təşkilatının sədri Cəfər Miadfər deyib.
C.Miadfərin sözlərinə görə, xəsarət alanlardan 287-i xəstəxanalara yerləşdirilib, 25 nəfər reanimasiya şöbələrindədir.
222 nəfərin bədən üzvü amputasiya edilib, 1 357 nəfər gözündən xəsarət alıb, 867 nəfər yanıq diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Ən çox xəsarət alanlar – Tehran vilayətində 886 nəfər, Şərqi Azərbaycan vilayətində 482 nəfər, Qərbi Azərbaycan vilayətində 402 nəfərdir.
Qeyd edək ki, İranda Novruz şənlikləri, xüsusilə çərşənbələrdə təhlükəli pirotexniki və partlayıcı vasitələrdən istifadə olunur.
Вернуться назад