DataLife Engine > dunya > Qazaxıstanda yaşayış evində partlayış olub, 11 nəfər xəsarət alıb

Qazaxıstanda yaşayış evində partlayış olub, 11 nəfər xəsarət alıb


17-04-2023, 10:23. Разместил: heqiqet Qazaxıstanın Janaozen şəhərində ikimərtəbəli yaşayış evində partlayış baş verib.
Bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Məlumata əsasən, partlayış nəticəsində binanın girişi çöküb.
Bildirilir ki, partlayışda 11 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar xəstəxanaya yerləşdirilib.
Qeyd edilir ki, binada qaz balonu partlayıb. Partlayışın səbəbi araşdırılır.
Вернуться назад