DataLife Engine > dunya > Pakistanın keçmiş XİN rəhbəri saxlanılıb

Pakistanın keçmiş XİN rəhbəri saxlanılıb


11-05-2023, 11:21. Разместил: heqiqet Pakistanın keçmiş xarici işlər naziri və müxalif Ədalət Hərəkatı Partiyasının (ƏHP) sədr müavini Şah Mahmud Qureyşi cümə axşamı saxlanılıb.
Bu barədə ƏHP-nin mətbuat xidmətindən məlumat verilib.
"İslamabad polisi Şah Mahmud Qureyşini İslamabaddakı Gilgit-Baltistan regional ofisindən götürdükdən sonra həbs edib", - deyə partiyanın məlumatında bildirilir.
Qeyd edək ki, çərşənbə günü "Geo-TV" mənbələrə istinadən xəbər vermişdi ki, Qureyşi ictimai asayişin qorunması haqqında qanunu pozduğuna görə 15 sutka həbs edilib. Lakin həmin gün axşam saatlarında siyasətçi "Twitter"də həb edilməsi faktını təkzib etmişdi.
Вернуться назад