DataLife Engine > dunya > İstanbulda özlərini polis kimi təqdim edən üç iranlı saxlanılıb

İstanbulda özlərini polis kimi təqdim edən üç iranlı saxlanılıb


18-05-2023, 13:18. Разместил: heqiqet İstanbulda özlərini polis kimi təqdim edən və yoxladıqları xarici ölkə vətəndaşlarının pullarını oğurlayan üç iranlı saxlanılıb.
Araşdırmalar nəticəsində həmin şəxslər həbs olunub.
Aparılan araşdırmada polis əvvəlcə şübhəlilərin istifadə etdikləri avtomobilin nömrəsini, sonra isə şəxsiyyətlərini müəyyən edib. İran əsilli olduğu öyrənilən şübhəlilərdən Səid R. (30), Fərhad K. (42), Hüseyn R. (37) nəzarət altına alınıb.
Həbs olunan iranlıların cəsus olduğu ehtimal edilir.
Faktla bağlı araşdırmalar aparılır.
Вернуться назад