DataLife Engine > dunya > İrandan şok iddia: Həccdə ölənlərin sayı 5 minə yaxındır

İrandan şok iddia: Həccdə ölənlərin sayı 5 minə yaxındır


30-09-2015, 20:57. Разместил: heqiqet İrandan şok iddia: Həccdə ölənlərin sayı 5 minə yaxındır Cəsədləri daşımaq üçün gələn 21 yük maşını 3 min cəsəd gözləyir
İranın səlahiyyətli nümayəndələri Həccdə yaşanan faciə ilə bağlı şok iddialar irəli sürüb.
İranın Həcc ziyarəti təşkilatının rəhbəri Said Ehvedi Mina dağında ölənlərin sayının təxminən 4 min 700 olduğunu iddia edib.
Onun sözlərinə görə, cəsədləri daşımaq üçün gələn 21 yük maşını hələ 3 min cəsəd gözləyir. Faciədə ölən iranlı zəvvarların sayı isə 228 ə qalxıb. Daha 248 iranlı zəvvarın aqibəti ilə bağlı heç bir məlumat yoxdur.
Вернуться назад