DataLife Engine > dunya > Tramp həbsxanaya könüllü gedəcək

Tramp həbsxanaya könüllü gedəcək


19-08-2023, 13:12. Разместил: heqiqet ABŞ-ın Corciya ştatında seçkilərə müdaxilədə ittiham olunan Donald Tramp Fulton əyalətinin həbsxanasına könüllü şəkildə gedəcək.
Bunun avqustun 24 və ya 25-də baş verəcəyi gözlənilir.
Məlumata görə, Fulton əyalətinin prokuroru Fulton Feni Uillis daha əvvəl demişdi ki, Tramp və digər müttəhimlərə avqustun 25-dən gec olmayaraq hakimiyyət orqanlarına təslim olmaq əmri verilib.
“Müttəhimlərə qeyd olunan həbsxanaya gəlmək tapşırılıb, onlar burada rəsmi həbs prosedurundan keçəcəklər - onların üzərində axtarış aparılacaq, fotoşəkilləri çəkiləcək, həmçinin barmaq izləri alınacaq. Şərif dəftərxanası vurğulayıb ki, “təqsirləndirilən şəxs istənilən vaxt gələ bilər, həbsxana həftənin yeddi günü, sutkanın 24 saatı açıqdır”, - deyə məlumatda qeyd olunub.
Вернуться назад