DataLife Engine > dunya > Ankaradakı terrorla bağlı sərt SENZURA

Ankaradakı terrorla bağlı sərt SENZURA


15-10-2015, 13:42. Разместил: heqiqet Ankaradakı terrorla bağlı sərt SENZURA Ötən şənbə Ankarada törədilən teraktla bağlı məlumat yayımlanması ilə bağlı qadağa qoyulub.
Ankara Baş Prokurorluğu 99 nəfərin ölümü ilə nəticələnən terror hadisəsi ilə bağlı bütün media orqanlarına hər hansı bir məlumat yaymamaq qadağası qoyub.
Belə ki, hadisə ilə bağlı istintaq tam bitənəcən yazılı, vizual və sosial media hadisə və istintaq nəticələri ilə bağlı məlumat, xəbər, reportaj, tənqid və ya bu kimi oxşar yayımlar qadağan edildi.
Qərara səbəb isə bəzi kanal və media orqanlarında yayımlanan xəbərlərdə hadisəni törətməkdə şübhəli bilinən şəxslərin olduğu və idarə etdikləri maşının tapıldığı yer kimi məlumatların verilməsidir ki, bu, onların tutulmasını əngəlləyir və ictimai asayişin pozulma riskini artırır.
Вернуться назад