İstanbulda Taksim meydanına giriş bağlandı
22-04-2015, 19:02. Разместил: heqiqet

Türkiyə polisi İstanbulda Taksim meydanına girişi bağlayıb. "Milliyyət" qəzetinin verdiyi məlumata görə, bu, mayın 1-də həmkarlar ittifaqlarının gözlənilən nümayişləri ilə bağlıdır.
Türkiyədə həmkarlar ittifaqları İstanbul meriyasına 1 may yürüşünün keçirilməsi üçün müraciət ediblər.
Məlumata görə, İstanbul meriyası Taksim meydanında yürüşün keçirilməsini qadağan edib və bu onunla izah edilir ki, meydanda belə yürüşlərin keçirilməsi üçün yer yoxdur.
Вернуться назад