Nazir məhkəməlik oldu
7-11-2015, 16:24. Разместил: heqiqet
Sabiq baş naziri rüşvətxorluqda və çirkli pulların yuyulmasında ittiham olunur.Rumıniyanın sabiq baş naziri Viktor Ponta məhkəmədə ifadə verib. Sabiq dövlət rəsmisi rüşvətxorluqda və çirkli pulların yuyulmasında ittiham olunur. Dövlət ittihamçıları onun saxtakarlığa yol verdiyini və vergilərdən yayındığını bildiriblər. İttihamlar Pontanın vəkil kimi fəaliyyət göstərdiyi dövrə aiddir. Siyasi xadim özü ittihamları rədd edir.
“Bu adi dinləmə idi. Əgər mənim daha öncə prokurora bu gün dediklərimi demək imkanım olsaydı böyük ehtimalla bu iş də olmayacaqdı. Mənə bu imkan verildiyi üçün məhkəməyə təşəkkür edirəm".
Bir neçə gün əvvəl gecə klubunda 32 nəfərin ölümü ilə nəticələnən partlayış və yanğın hadisəsi xalqın hökumətə qarşı irmiqyaslı etirazlarına səbəb olmuş, nəticədə Viktor Ponta vəzifəsindən istefa vermişdi.
Hazırda müvəqqəti olaraq Sorin Kımlyan bu vəzifəni icra edir.
Prezident Klaus Yohannis yeni baş naziri təyin etmək üçün partiya üzvləri ilə danışıqlar aparır. Seçilmiş namidə parlament tərəfindən də təsdiqlənməlidir. Əks halda, ölkə növbədənkənar seçkilərə getməli olacaq.
Вернуться назад