Öcalanın bacısı oğlu özünü öldürdü
11-11-2015, 20:50. Разместил: admin
PKK terror təşkilatının həbsdə olan lideri Abdullah Öcalanın bacısı oğlunun meyiti tapılıb. 8 aydır itkin düşən və barəsində heç bir məlumat əldə edilməyən Hüseyn Yıldırımın meyiti Avstriyanın paytaxtı Vyanada tapılıb və ekspertizaya göndərilib.Bildirilir ki, 36 yaşlı H.Yıldırımın anası 8 ay əvvəl polisə müraciət edərək oğlunun yoxa çıxdığını bildirib. Bugünlərdə isə onların yaşadığı evin yaxınlığında yerləşən depodan kəskin qoxunun gəldiyini görən sakinlər polisə müraciət edib və buradan H.Yıldırımın cəsədi tapılıb. Onun özünü öldürdüyü bildirilir.
Вернуться назад