Rusiya ordusu Suriyaya girə bilər
18-11-2015, 17:06. Разместил: heqiqet
Bunu “Ura.ru” saytına “Vahid Rusiya” partiyasının yüksək vəzifəli nümayəndəsi deyib.
Bununla belə o, müzakirələrin formatı ilə bağlı detalları açıqlamayıb.
Suriyada quru əməliyyata başlanılması ideyasını digər partiyalar da dəstəkləməyə hazırdır. Rusiya Dövlət Dumasının deputatı, Rusiya Liberal Demokrat Partiyasının üzvü Vladimir Taskayev məsələnin müzakirəsinin artıq yetişdiyini bildirərək İŞİD-in qanunsuz neft alverindən məhrum edilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, deputatların əksəriyyəti Suriyaya qoşun yeridilməsi ideyasını dəstəkləyəcək.
Qeyd edək ki, bu gün Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskinin prezident Vladimir Putinlə görüşü gözlənilir. Görüşdə həmin məsələnin müzakirə olunacağı istisna deyil.
Вернуться назад