DataLife Engine > dunya > Belçikada terror əməliyyatı: 16 nəfər tutuldu

Belçikada terror əməliyyatı: 16 nəfər tutuldu


23-11-2015, 15:51. Разместил: heqiqet Belçikada terror əməliyyatı: 16 nəfər tutuldu Belçikanın paytaxtı Brüsseldə anti-terror əməliyyatları həyata keçirilir. Əməliyyatlar türklərin kompakt yaşadığı Skarbek bələdiyyəsinin ərazisində və digər 5 rayonda aparılır. İlkin məlumata görə, xüsusi xidmət orqanlarının əməkdaşları 16 şübhəlini saxlasalar d, əsas hədəf olan terrorçu Salah Abdeslam hələ ki, yaxalanmayıb.
Brüsselin baş prokuroru Erik Van der Sipt deyib ki, şəhərin müxtəlif hissələrində 19 məntəqəyə eyni vaxtda basqın həyata keçirilib. Həmçinin Belçikanın digər iri şəhərlərindən olan Şarleroi şəhərində də 3 evə baxış keçirilib.
Baş prokuror deyib ki, şübhəlilərlə bağlı məhkəmə sabah qərar verəcək.
Qeyd edək ki, əməliyyat vaxtı şübhəli şəxslərdən biri avtomobili polislərin üstünə sürüb. Polisin atəş açmasından sonra həmin şəxs maşını saxlamağa və yaralı vəziyyətdə təslim olmağa məcbur olub.

Вернуться назад