Yaponiyada iki qatil asıldı
18-12-2015, 10:08. Разместил: heqiqet
Yaponiyada bu gün səhər saatlarında iki cinayətkar barəsində çıxarılmış ölüm hökmü icra edilib. Edam olunanlardan biri Satosi Tsuda 2009-cu ildə 3 nəfərdən ibarət ailəni qətlə yetirməkdə, ikinci cinayətkar isə 2006-cı ildə qarət məqsədilə iki nəfəri qətlə yetirməkdə təqsirli bilinib. Baş nazir Sindzo Abenin hakimiyyəti dövründə ümumilikdə 14 ölüm hökmü icra edilib.
Yaponiyada ölüm hökmü asılmaqla icra edilir.
Вернуться назад