Daha bir şəhər İŞİD-dən geri alınır
24-12-2015, 09:24. Разместил: heqiqet Şəhərin 90 faizindən çoxu İraq ordusunun nəzarətindədir.
May ayında şəhərin ekstrimistlərin nəzarətinə keçməsi ölkənin ərazi bütövlüyünü bərpa etməyə çalışan Bağdad höküməti üçün ağır zərbə olub. İŞİD-in şəhərdə gözlənilməz mövqelərdə çoxlu sayda snayperləri və terroçu-kamikadzeləri olduğundan, şəhərin azadlığı uğrunda əməliyyatlar buna qədər kifayət qədər az proqressiv olub.
Bu arada BMT-nin Ümumdünya Ərzaq Proqramı İraqda İŞİD-ə qarşı gedən müharibəylə əlaqədar məcburi köçkün düşmüş ailələlər ərzaq yardımını davam etdirir. Humanitar yardıma ən çox ehtiyacı olan insanlar 2014-cü ildə İŞİD-in Sincar şəhərinə hücumu zamanı Sincar dağına sığınmış yezidi kürdləridir. Onların evə çörək gətirmək üçün işləmək imkanı olmadığından, yezidi ailələri yalnız humanitar təşkilatların yardımından asılı qalıb. Dekabrın sonuna kimi Ümumdünya Ərzaq Proqramı bütün İraqda 1.6 milyon məcburi köçkünə ərzaq yardımı və vauçerlərlə təmin etməyi qarşıya məqsəd qoyub.
Вернуться назад