Meksikada 30 maşın toqquşdu: 20 yaralı
29-12-2015, 09:00. Разместил: heqiqet
Meksikanın Aquaskalientes ştatında avtomagistralda 30 maşın eyni vaxtda toqquşub.Nəticədə azı 20 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
İlkin məlumata əsasən, qəzaya səbəb kimi qatı duman göstərilir. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, araşdırma aparılır.
Qeyd edək ki, dekabrın 24-də Mexiko ştatında 80-ə yaxın avtomobilin toqquşması nəticəsində 6 nəfər ölüb, 25 nəfər xəsarət alıb.
Вернуться назад