Dərbənddə turistlərə hücum: 1 ölü, 11 yaralı
30-12-2015, 12:06. Разместил: heqiqet
Faktla bağlı cinayət işi açılıb və axtarış gedir. Dərbənddə silahlı insident zamanı ölən şəxsin hərbi xidmətdə olan rus əsgəri olduğu məlum olub. Dərbənddə yaşayan jurnalist Telman Tahirlinin verdiyi məlumata görə, hadisə gecə saatlarında, turistlərin Narın-Qaladakı oteldə dincələn zamanı baş verib. “Priora” markalı qara maşın qəfil qalaya yaxınlaşıb və içindən düşən silahlı şəxslər turistlərə atəş açmağa başlayıb.
Вернуться назад