Bağdadinin arvadi qaçdı: İŞİD axtarışa başlayıb
29-02-2016, 13:04. Разместил: heqiqet
İŞİD terrorçuları İraqda qruplaşmanın rəhbəri Əbubəkr əl-Bağdadinin arvadlarından birinin axtarışına başlayıblar. Bu barədə Əs-Sumariyə telekanalı xəbər yayıb.Milliyyətcə alman olan Diana Kryuqer ölkənin şimalındakı Naynava əyalətində düşərgələrdən birindən naməlum şəraitdə yoxa çıxıb. O, özünün iki köməkçisi ilə birlikdə itkin düşüb.
Əl-Bağdadi xanımının yerini müəyyənləşdirmək üçün elit dəstələrdən birini ayırıb.
Xanım Kryuqerlə Bağdadinin toyu ötən ilin oktyabrında Naynavada ciddi məxfilik şəraitində keçirilib. Toydan sonra Diana Kryuqer İŞİD-in qadınlar üzrə şəriət məhkəməsinin sədri vəzifəsini icra edirmiş.
Вернуться назад