Lukaşenkodan İslam dünyasına mesaj
15-04-2016, 09:41. Разместил: heqiqet
“Tamamilə aydındır ki, hazırda konturları çətinliklə formalaşan çoxqütblü dünyanın müsəlmanlarsız qurulması mümkünsüzdür”, - deyə Lukaşenko qeyd edib.
“Digər geosiyasi oyunçularla yanaşı islam dünyası planetdə sabitliyin və təhlükəsizliyinin dayağı, mütərəqqi və dayanıqlı inkişafın təkanverici qüvvəsi ola bilər”, - deyə Belarus prezidenti qeyd edib.
Lukaşenko ümumi əhalisinin 1 mlrd nəfərdən çox olan 57 dövləti özündə birləşdirən İƏT-in nəhəng potensialını xüsusi qeyd edib: “Bu potensialın açılmasının yolu müsəlman dünyasında birliyə nail olmaq, daxili ixtilafları adlamaqdadır”.
Вернуться назад