Körpə uçqun altından 4 gün sonra sağ tapılıb
4-05-2016, 09:25. Разместил: heqiqet
Yorğana bürünmüş qız uşağı vedrənin içində olub. Həkimlər uşaqda həddindən artıq susuzlaşma qeydə alıblar, lakin onun bədənində heç bir xəsarət aşkar olunmayıb.
Qeyd edək ki, Keniyada aprelin 29-da intensiv yağışlar nəticəsində altı mərtəbəli bina uçub. Son məlumata görə, insident nəticəsində azı 23 nəfər ölüb, 120-dən çox sakini uçqun altından xilas etmək mümkün olub, 93 nəfər hələ də itkin düşmüş hesab edilir.
Hadisə ilə əlaqədar binanın 2 sahibi və 21 məmur saxlanılıb.
Вернуться назад