Medvedev gecə İrəvana səfər edib
20-05-2016, 09:09. Разместил: heqiqet
Məlumata görə, bu cür görüşlər, adətən, hər üç aydan bir keçirilir. İrəvanda bu gün keçiriləcək iclasın Avrasiya İqtisadi Birliyinin fəaliyyətə başladığı 2015-ci ilin yanvarın 1-dən bu vaxtadək sayca beşinci olduğu bildirilir.
Qeyd edək ki, cari ilin ilk iclasının İrəvanda keçirilməsi planlaşdırılmışdır, lakin aprelin 13-də Moskvada baş tutub.
Gömrük ittifaqı və vahid iqtisadi məkan bazasında yaradılmış Avrasiya İqtisadi Birliyi 2015-ci ilin yanvarın 1-dən fəaliyyətə başlayıb. Birliyə Rusiya, Belarus, Qazaxıstan, Ermənistan və Qırğızıstan daxildir.
Вернуться назад