DataLife Engine > dunya > Ərdoğan və Obama arasında telefon danışığı olub

Ərdoğan və Obama arasında telefon danışığı olub


16-06-2016, 09:39. Разместил: heqiqet Ərdoğan və Obama arasında telefon danışığı olub  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Barak Obama arasında telefon danışığı olub.
Bu barədə Ağ Evin məlumatında deyilir.
Türkiyə prezident amerikalı həmkarına Orlando şəhərində baş vermiş faciə ilə əlaqədar baş sağlığı verib.
“Tərəflər həmçinin ekstremizmlə mübarizə sahəsində ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər. Hər iki lider zorakı ekstremizmə qarşı mübarizənin vacibliyini vurğulayıblar”, məlumatda deyilir.
Xatırladaq ki, ABŞ-ın Florida ştatının Orlando şəhərində gecə klubunda törədilən terror aktı nəticəsində 49 nəfər ölüb, 53 nəfər yaralanıb. Bu, ABŞ-da 2001-ci il 11 sentyabr terror hücumlarından sonra baş vermiş ən qanlı kütləvi qətliamdır.


Вернуться назад