DataLife Engine > dunya > Donald Trampa sui-qəsd cəhdi olub

Donald Trampa sui-qəsd cəhdi olub


21-06-2016, 18:50. Разместил: heqiqet Donald Trampa sui-qəsd cəhdi olub ABŞ-da prezidentliyə namizəd Donald Trampa qarşı sui-qəsdə cəhd edilib.
CNN-nin verdiyi məlumata görə, Las-Veqasda mitinq zamanı 19 yaşlı Maykl Sendford adlı şəxs avtoqraf istəmək adı ilə Donald Trampa yaxınlaşıb, bu zaman mühafizə xidməti əməkdaşının silahını götürməyə cəhd edib.
M. Sendford tutulub. O, silahı D. Trampı öldürmək üçün ələ keçirmək istədiyini etiraf edib.
Araşdırmalar nəticəsində M. Sendfordun Böyük Britaniya vətəndaşı olduğu məlum olub. Onu 10 ilə yaxın həbs cəzası gözləyir.

Вернуться назад