DataLife Engine > dunya > Çində cangüdən qızların hazırlığı - FOTO

Çində cangüdən qızların hazırlığı - FOTO


8-06-2015, 11:16. Разместил: heqiqet Çində cangüdən qızların hazırlığı - FOTO Son günlər Çində cangüdənlərin xidmətinə tələbat artıb. Əvvəllər bu sənət sırf kişi sənəti hesab edilirdisə, indi bu sənətə qadınlar da yiyələnir
Təhlükəsizlik Akademiyasında müdavimlərə öz himayədarlarını xüsusi təyinatlı dəstələrin üslübunda qorumağı öyrədirlər.
Qadın cangüdənlərə olan tələbat ildən ilə artır. Bu tendensiyanı nəzərə alaraq, çinlilər elit qadın cangüdənlərinin hazırlığı üzrə kurslar təşkil ediblər. Kurslar 8-10 ay müddətinə nəzərdə tutulur. Bu kursları uğurla başa vuranlar İsrailə Beynəlxalq Təhlükəsizlik Akademiyasına göndərilir. Kursa daxil olmaq üçün qızlar sərt seçim turu keçirlər. Kurslarda isə onları intensiv məşqlər gözləyir, bu həm qüvvə, həm də səbir tələb edən məşğələlərdir. Bura müxtəlif döyüş növlərinin öyrənilməsi də daxildir. Təlim prosesi, killer qadınların hazırlandığını əks etdirən “Sıyrılmış silah” filminin süjetini xatırladır. Ümumilikdə belə gərginliyə hər qız dözə bilmir. Amma bu kursları uğurla başa vuran xanımlar yüksək məvacibli işlə təmin olunmağa namizəddirlər. Onlar, cangüdən statusunu aldıqdan sonra, mühafizəyə ehtiyacı olan zəngin qadınları qoruyurlar. Bu gün üçün belə kurslar Haynan tropik adasının Sanya şəhərində keçirilir. Kursları “Tianjiao Special Guard/Security Consultant Ltd.” şirkəti təşkil edib.

Çində cangüdən qızların hazırlığı - FOTOÇində cangüdən qızların hazırlığı - FOTOÇində cangüdən qızların hazırlığı - FOTOÇində cangüdən qızların hazırlığı - FOTOÇində cangüdən qızların hazırlığı - FOTO
Вернуться назад