Ərdoğan G-20 sammitində Rusiya və ABŞ prezidentlərinin hər biri ilə iki dəfə görüşüb
7-09-2016, 09:16. Разместил: heqiqet
Bu barədə NTV yerli telekanalın efirində Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın bildirib.
“Rusiya və ABŞ prezidentləri ilə ikitərəfli görüşlərindən sonra Ərdoğan onlarla daha bir görüş keçirib... Ankara Türkiyə sərhədlərində terror təhlükəsinin ləğvi məsələsi ilə bağlı tam dəstək alıb. İndi bu zonanı genişləndirmək gərəkdir. Bu səbəbdən də, müxalifət qüvvələri yeni ərazilər azad edərək, Suriyanın dərinliyinə doğru irəliləyirlər”, - deyə Kalın bildirib.
Onun sözlərinə görə, hazırda İŞİD artıq Türkiyə sərhədləri üçün təhlükə yaratmır, çünki Suriya-Türkiyə sərhədinin 90 km-lik hissəsi terrorçulardan tam təmizlənib.
Вернуться назад