Filippində hərbi gəmi tankerlə toqquşub
20-09-2016, 09:38. Разместил: heqiqet
Filippində ölkənin Hərbi-Dəniz Qüvvələrinə məxsus gəmi Liberiya bayrağı altında üzən tankerlə toqquşub.Qəza nəticəsində zərərçəkən olmayıb, hərbi gəmiyə cüzi ziyan dəyib.
Məlumata əsasən, tankerlə hərbi gəmi Zamboanqa şəhəri yaxınlığında, sahildən 1 km aralıda toqquşub.
Faktla bağlı araşdırma aparılır. Filippin Sahil Mühafizəsi Xidməti heyəti yerli və Ukrayna vətəndaşlarından ibarət tankerin yola düşməsinə qadağa qoyub.
Вернуться назад