Sarkisyan bu nazirləri istefaya göndərdi – SİYAHI
28-09-2016, 10:44. Разместил: heqiqet
O, iqtisadiyyat, mədəniyyət, səhiyyə, ekologiya nazirlərinin təyinatı ilə bağlı fərman imzalayıb. Suren Karayan iqtisadiyyat, Armen Amiryan mədəniyyət naziri təyin olunub. Armen Amiryan bundan öncə İctimai teleradio şirkətində yayım şurasının üzvü olub. Başqa bir fərmanla Sarkisyan onu şura üzvlüyündən azad edib.
Səhiyyə naziri postu Levon Altunyana həvalə edilib. İqtisadiyyat naziri Arsvik Minasyan isə ekologiya nazirliyinin rəhbərliyinə gətirilib. Digər fərmanla Qraçya Rostomyan gənclər və idman naziri təyin edilib.
Ermənistan prezidenti sözügedən nazir postlarında vəzifə tutan şəxsləri hökumətdən uzaqlaşdırıb və yeni komanda formalaşdırır.
Вернуться назад