Haitidə qasırğa qurbanlarının sayı 478 nəfərə çatıb (YENİLƏNİB)
7-10-2016, 17:38. Разместил: heqiqet
Bu barədə xəbəri “Reuters” agentliyi yayıb.
Son dəfə ölənlərin sayının 339 nəfər olduğu açıqlanmışdı.
***
Haitidə "Metyu" qasırğası nəticəsində ölənlərin sayı 339 nəfərə yüksəlib.
Bu barədə yerli hakimiyyət orqanları bildiriblər.
"Metyu" 2007-ci ildən bəri Atlantik okeanındakı ən şiddətli qasırğa sayılır. Qasırğa ABŞ-ın Florida, Corciya, Şimali və Cənubi Karolina ştatlarına yaxınlaşır. Artıq ABŞ prezidenti Florida və Cənubi Karolinada fövqəladə vəziyyət elan edib.
***
“Metyu” qasırğası nəticəsində ölənlərin sayı 102 nəfərə çatıb.
Təbii fəlakət qurbanlarının əksəriyyəti – 98 nəfəri Haitidə qeydə alınıb.
“Metyu” qasırğasının yaxınlaşması səbəbindən Kybada bir milyondan çox adam təhlükəli ərazilərdən təxliyə edilib.
Qeyd edək ki, “Metyu” qasırğası 2007-ci ildən bu vaxtadək qeydə alınan tufanlardan ən güclüsüdür.
Вернуться назад