Haitidə 70 nəfər vəba xəstəliyindən ölüb
13-10-2016, 09:59. Разместил: heqiqet
Haitidə baş verən “Metyu” qasırğasından sonra 70 nəfər vəba xəstəliyindən ölüb.Bu barədə Haiti hökumətinin nümayəndəsi bildirib.
Onun sözlərinə görə, hazırda əsas vəzifə zərərçəkənlərə yardım göstərilməsi və epidemiyanın qarşısının alınmasıdır.
Ümumdünya Səhiyyə Təşkilatının son məlumatına əsasən, Haitinin qasırğadan ən çox əziyyət çəkmiş iki departamentində 201 nəfər vəba xəstəliyinə yoluxub.
Xatırladaq ki, 2014-cü ildə baş verən zəlzələdən sonra Haitidə vəba epidemiyası 132 nəfərin həyatına son qoymuşdu.
Вернуться назад