Antalyada baş verən partlayışda 10 nəfər yaralanıb
25-10-2016, 13:43. Разместил: heqiqet
Bu barədə Antalya Valiliyi məlumat yayıb. Həmin şəxslər şüşə parçalarının ətrafa saçılması nəticəsində xəsarət alıblar.
Partlayışın səbəbi, terror aktı olub-olmadığı hələlik dəqiqləşməsə də, şahidlər hadisənin baş verdiyi avtomobildə partlayıcı qurğu olduğunu bildiriblər. Hadisə zamanı ətrafdakı 4 avtomobilə ziyan dəyib. Eyni zamandakı yaxınlıqdakı binaların pəncərələrinin şüşələri sınıb.
Qeyd edək ki, bu gün Antalya Sənaye və Ticarət Palatasında bir toplantı keçirilməsinin planlaşdırıldığı və Antalya Böyük şəhər Bələdiyyəsinin sədri Menderes Türelin də toplantıda iştirakının nəzərdə tutulduğu üzə çıxıb. M. Türel jurnalistlərə planında dəyişiklik olmadığını və günorta saatlarında toplantıda iştirak edəcəyini bildirib.
Вернуться назад