DataLife Engine > dunya > İndoneziyada qızıl mədəninin çökməsi nəticəsində 11 nəfər yerin altında qalıb

İndoneziyada qızıl mədəninin çökməsi nəticəsində 11 nəfər yerin altında qalıb


25-10-2016, 13:45. Разместил: heqiqet İndoneziyada qızıl mədəninin çökməsi nəticəsində 11 nəfər yerin altında qalıb İndoneziyanın Sumatra adasında qızıl mədənlərindən birinin çökməsi nəticəsində azı 11 nəfər yerin altında köməksiz vəziyyətdə qalıb.
Hadisə Cambi əyalətində baş verib.
İlkin məlumatlara əsasən, mədən su basma nəticəsində çöküb.
Bildirilir ki, qəzaya düşənlər qeyri-qanuni qızıl hasilatı ilə məşğul olan yerli sakinlərdir.
Hadisə yerinə xilasedicilər göndərilib.
Вернуться назад