Ərdoğan seçkidən sonra ilk dəfə danışdı: "Məsuliyyətim çox böyükdür"
11-06-2015, 19:24. Разместил: heqiqet
Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə keçirilən parlament seçkilərindən sonra ilk dəfə danışıb. Heqiqet.az-ın sözcü.com.tr-yə istinadən məlumatına görə, prezident açıqlamasında deyib ki, hər kəs eqosunu kənara qoyub, ölkədə yeni hökuməti formalaşdırmalıdır.Türkiyə prezidenti indiki siyasi vəziyyətdə üzərinə düşən məsuliyyətin fərqində olduğunu bildirib: "Məsuliyyətim çox böyükdür. Bunun fərqindəyəm. Onu da bilirəm ki, ölkəmizin gələcəyi üçün yeni bir dövr başlayıb".
Вернуться назад