DataLife Engine > dunya > Estoniya Rusiyaya nota verdi

Estoniya Rusiyaya nota verdi


2-11-2016, 09:01. Разместил: heqiqet Estoniya Rusiyaya nota verdi Rusiyanın sərhəd xidmətinə məxsus “AN-148” tipli təyyarə Estoniyanın hava məkanını pozub.
Bu barədə Estoniya Müdafiə Qüvvələrinin Baş Qərargahının məlumatında bildirilir.
Məlumata görə, insidentlə əlaqədar Rusiyanın Tallindəki səfirinə etiraz notası verilib.
“Noyabrın 1-də Moskva vaxtı ilə saat 10.33-də Rusiya Federasiyasının sərhəd xidmətinə məxsus “AN-148” tipli təyyarə icazəsiz Estoniyanın hava məkanına daxil olub. Pozuntu Vayndloo adası yaxınlığında qeydə alınıb. Təyyarə bir dəqiqəyədək Estoniyanın hava məkanında olub”, - deyə Baş Qərargahının məlumatında bildirilir
Məlumata görə, təyyarə dövlət sərhədini pozduğu an estoniyalı dispetçerlərlə radio əlaqədə olmayıb.

Вернуться назад