Rusiya və Türkiyənin baş nazirləri ikitərəfli münasibətləri müzakirə edəcəklər
16-11-2016, 09:28. Разместил: heqiqet
Rusiyanın baş naziri Dmitri Medvedev və onun türkiyəli həmkarı Binəli Yıldırım dekabrın 6-da Moskvada ikitərəfli münasibətləri müzakirə edəcəklər.Bu barədə Rusiya Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatında bildirilir.
“Hökumət başçıları Rusiya-Türkiyə münasibətlərinin əsas məsələlərini - iqtisadi-ticarət, sərmayə sahələrində əməkdaşlığı, energetika, sənaye, nəqliyyat və digər sahələrdə birgə layihələri müzakirə edəcəklər”, - deyə press-relizdə bildirilir.
Вернуться назад