Astana şəhərinin Nursultan adlandırılması təklif olunub
23-11-2016, 15:08. Разместил: heqiqet
Qazaxıstan parlamentinin deputatı Kuanış Sultanov Astana şəhərinin adının dəyişdirilməsini və prezident Nursultan Nazarbayevin adı ilə adlandırılmasını təklif edib.Deputat bu təklifi qanunverici orqanın hər iki palatasının birgə iclası zamanı irəli sürüb. O, şəhərin adının Nazarbayev və ya Nursultan ola biləcəyini deyib. K. Sultanov digər vacib obyektlərini adlarının da bu şəkildə dəyişdirilməsini istəyib. Təşəbbüs digər deputatlar tərəfindən dəstəklənib.
Вернуться назад