Xamenei: "Sanksiyalara görə ABŞ-a cavab veriləcək"
23-11-2016, 17:25. Разместил: heqiqet
Bu sözləri Ayətullah Seyid Əli Xamenei “Bəsic” könüllülər təşkilatının komandirləri və üzvləri ilə görüşdə deyib.
Ayətullah Xamenei bildirib ki, Amerikanın hazırkı hökuməti indiyədək nüvə sazişi məsələsində dəfələrlə öhdəliklərini yerinə yetirməyib: “Onlardan ən yenisi sanksiyaların 10 il müddətinə uzadılmasıdır. Əgər bu sanksiya icra olunarsa, Hərtərəfli Birgə Fəaliyyət Planı pozular. Onlar bilsinlər ki, İslam Respublikası buna reaksiya verəcək”.
Qeyd edək ki, ötən həftə ABŞ Konqresi İrana qarşı daha öncə tətbiq edilmiş sanksiyaların müddətini daha 10 il uzadıb.
Вернуться назад