Suriyada 3 türk əsgəri həlak olub, 10-u yaralanıb
24-11-2016, 16:02. Разместил: heqiqet
Bunu Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı açıqlayıb. Açıqlamada deyilir ki, noyabrın 24-də saat 03:30-da Suriya rejimi tərəfindən həyata keçirilən hava hücumu nəticəsində 3 hərbi qulluqçu həlak olub, 1-i ağır olmaqla, 10 əsgər yaralanıb. Yaralılar hərbi əməliyyat zonasından çıxarılaraq Türkiyənin Qaziantep şəhərinə aparılıb.
Baş nazir Binəli Yıldırım hadisə barədə müdafiə naziri İsmət Yılmaz və Baş Qərargah rəisi Hulusi Akardan məlumat alıb.
Вернуться назад