DataLife Engine > dunya > 52 illik müharibəyə son qoyulur

52 illik müharibəyə son qoyulur


25-11-2016, 10:35. Разместил: heqiqet 52 illik müharibəyə son qoyulur Kolumbiya hakimiyyəti ilə Kolumbiya İnqilabçı Silahlı Qüvvələr (FARC) arasında yeni bir razılaşmaya imza atılıb.
Kolumbiya prezidenti Juan Manuel Santos və FARC-ın lideri Rodrigo Londononun paytaxt Boqotada imzaladığı yeni razılaşmada təxminən 60 dəyişiklik edilib.
Qeyd edək ki, hökumət ilə FARC arasında oktyabrın 2-də imzalanan ilk razılaşma referendumdan keçməmişdi. Kolumbiya hakimiyyəti ilə FARC arasında 52 ildən sonra imzalanan sülh sazişinə xalqın 50,24 faizi “xeyr” demişdi.
Qeyd edək ki, FARC 1964-cü ildən Kolumbiya hökuməti ilə silahlı mübarizə aparırdı. 250 min insan bu münaqişənin qurbanı olub, 6 milyon insan öz evindən didərgin düşüb. Kolumbiya hökuməti ilə FARC arasında barışığa dair danışıqlar 2012-ci ilin noyabrında Havanada başlayıb.
Вернуться назад