Bacadan nadir xəritə tapıldı - 17-ci əsrdən qalıb - VİDEO
30-11-2016, 17:58. Разместил: heqiqet
Uzunluğu 2.2, eni 1.6 m olan nadir xəritədən indiyədək sadəcə 2 nüsxə qalmışdı. Tarixçilər tüstü bacasından tapılan xəritənin aşkar edilərkən yaxşı vəziyyətdə olmadığını, müxtəlif həşəratların ona ziyan vurduğunu bildiriblər.
4 əsrlik dünya xəritəsinin tüstü bacasına necə gedib çıxdığı qaranlıq olaraq qalır. Bu önəmli tarixi nümunənin bərpası prosesi davam etdirilir. Bu xəritəyə hər hansı bir qiymət qoyulmayıb, ancaq mütəxəsislər onun on minlərlə dollar dəyərində olduğunu istina etmirlər.
Milli kitabxanın rəhbərliyi deyir ki, xoşbəxtlikdən bu xəritə sadə vətəndaşların əlinə düşməyib. Böyük ehtimalla onu tapanın ağlına ilk olaraq xəritəni gizli yolla dəyər-dəyməzinə satmaq gələcəkdi.
Вернуться назад