DataLife Engine > dunya > Rusiyanın İstanbuldakı baş konsulluğunun mühafizəsi gücləndirildi

Rusiyanın İstanbuldakı baş konsulluğunun mühafizəsi gücləndirildi


14-12-2016, 10:34. Разместил: admin Rusiyanın İstanbuldakı baş konsulluğunun mühafizəsi gücləndirildi Rusiyanın İstanbuldakı baş konsulluğunun mühafizəsi gücləndirilib. Buna səbəb şəhərdə Rusiyanın əleyhinə aksiyaların keçirilməsidir. Bu barədə Rusiyanın İstanbuldakı baş konsulluğunun mətbuat katibi Sergey Losev bildirib.
“Son sutka ərzində konsulluq binasının qarşısında Hələbdəki vəziyyətlə əlaqədar üç aksiya keçirilib. Onlardan ən irisində 250-dək etirazçı iştirak edib”, - deyə Losev bildirib.
Onun sözlərinə görə, aksiya zamanı və ondan sonra binanın qarşısında polis əməkdaşları daim növbə çəkir.

Вернуться назад