Ankara Çağdaş Sənət Mərkəzinin sərgi zalına Andrey Karlovun adı verilib
10-01-2017, 14:34. Разместил: heqiqet
Bunu mərkəzin yerləşdiyi Ankaranın Çankaya rayon bələdiyyəsinin sədri Alper Taşdələn deyib. “Terrorçuluq bütün bəşəriyyətə qarşı olan bir cinayətdir. Terrorçunun dini və milliyyəti yoxdur, biz onların hamısını qınayırıq. Karlovun xatirəsi həmişə bu zalda yaşıyacaq”.
Qeyd edək ki, Ankarada Rusiya səfirliyinin yerləşdiyi küçəyə də Andrey Karlovun adı verilib. Bu təşəbbüslə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu çıxış edib.
Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov dekabrın 19-da Ankarada Çağdaş Sənət Mərkəzində rəsm sərgisinin açılışında çıxış edərkən öldürülüb.
Вернуться назад