DataLife Engine > dunya > Türkiyədə polis idarəsində atışma olub

Türkiyədə polis idarəsində atışma olub


10-01-2017, 18:27. Разместил: heqiqet Türkiyədə polis idarəsində atışma olub Türkiyənin Qaziantep vilayətində polis idarəsinə silahlı hücum olub.
Vilayət Polis İdarəsində (Əmniyyət Müdirliyi) atışma başlayıb.
Hadisə yerinə xeyli təcili tibbi yardım maşını cəlb olunub.
Hadisə zamanı 1 terrorçu öldürülüb. Bir polis əməkdaşı isə yaralanıb. Terrorçulardan biri isə hadisə yerindən qaçıb.
Xatırladaq ki, ötən ilin may ayının 1-də Qaziantep vilayətində polis idarəsinə oxşar silahlı basqın edilmişdi. Bomba yüklü avtomobil partladılmış və 3 polis şəhid olmuşdu. Aralarında yerli vətəndaş da olan 23 nəfər isə yaralanmışdı. Hadisənin İŞİD terrorçusu tərəfindən törədildiyi təsdiqlənmişdi.
Вернуться назад