DataLife Engine > dunya > "Qara qutu"lar Moskvaya göndərildi

"Qara qutu"lar Moskvaya göndərildi


19-01-2017, 12:00. Разместил: heqiqet "Qara qutu"lar Moskvaya göndərildi Yanvarın 16-da Bişkek yaxınlığında qəzaya uğramış Türkiyəyə məxsus "Boeing 747" yük təyyarəsinin "qara qutu"ları artıq tədqiq olunmaq üçün Moskvadadır. Trend-in məlumatına görə, bu barədə Qırğızıstan FHN-in mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunub.
Qeyd edək ki, yanvarın 16-da səhər saatlarında Türkiyənin "MyCARGO Airlines" şirkətinə məxsus "Boeing 747-400" yük təyyarəsi Bişkek yaxınlığında qəzaya uğrayıb.
Təyyarənin yaşayış qəsəbəsi üzərində qəzaya uğraması nəticəsində 4 ekipaj üzvü və qəsəbə sakinləri də daxil omaqla 40-a yaxın nəfər həlak olub.
Вернуться назад