DataLife Engine > dunya > Rusiya hərbi təyyarələri ölkə ərazisindən uçaraq Suriyada İŞİD mövqelərini bombalayıb

Rusiya hərbi təyyarələri ölkə ərazisindən uçaraq Suriyada İŞİD mövqelərini bombalayıb


23-01-2017, 16:54. Разместил: heqiqet Rusiya hərbi təyyarələri ölkə ərazisindən uçaraq Suriyada İŞİD mövqelərini bombalayıb Rusiya strateji aviasiyası İŞİD-in Suriyadakı mövqelərini bombalayıb.
Rusiya Müdafiə Nazirliyindən verilən məlumata görə, yanvarın 23-də Rusiyaya məxsus 6 ədəd “Tu-22 M3” təyyarəsi İran və İraq üzərindən uçaraq Suriyanın Deyr-əz-Zor yaşayış məntəqəsində yerləşən İŞİD-in silah-sursat anbarına zərbə endirib. Zərbələr nəticəsində bütün hədəflər məhv edilib.
Nazirlik bombardmançı təyyarələrin Rusiyadakı aerodromdan, onları müşayiət edən qırıcı “Su-30 sm” və “Su-35 s” təyyarələrinin isə Hmeymim aviabazasından havaya qalxdığını açıqlayıb.
Вернуться назад