ABŞ-da təyyarə qəzası: 2 ölü - YENİLƏNİB
24-01-2017, 10:31. Разместил: heqiqet
Bundan əvvəl bir nəfərin öldüyü bildirilirdi. İnsident Tuson şəhərinin beynəlxalq hava limanında baş verib. Havaya qalxdıqdan sonra dərhal yerə çırpılan təyyarə yanıb.
Qəzanın səbəbləri araşdırılır.
***
ABŞ-ın Tuson şəhərində (Arizona ştatı) yüngülmotorlu təyyarə qəzaya uğrayıb.
Məlumata əsasən, qəza nəticəsində azı 1 nəfər ölüb. İnsidentin Tuson beynəlxalq hava limanında qeydə alındığı bildirilir. Yerə çırpılandan sonra təyyarə yanıb. Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib. Qəzanın səbəbləri hələ ki, məlum deyil.
Вернуться назад