Meksika ABŞ məhsul və xidmətlərini boykot edəcək
30-01-2017, 11:08. Разместил: heqiqet
Artıq "Twitter" və digər sosial şəbəkələrdə #AdiosProductosGringos haşteqi ilə bu cür çağırışlara start verilib.
Sosial şəbəkələrdə meksikalıları "McDonald's", "Walmart", "Coca-Cola" və digər ABŞ şirkətlərindən imtina etməyə çağırıblar.
Artıq ABŞ "Starbucks" qəhvəxanalar şəbəkəsi bu etiraza öz münasibətini bildirib. "Starbucks" Meksika iqtisadiyyatına 7 milyon dollar yatıraraq 7 min iş yeri açdığını xatırladıb.
Yeni seçilmiş prezident Trampın ABŞ-Meksika sərhədində divar inşa edilməsi haqqında təşəbbüsü iki ölkə arasında diplomatik qalmaqala səbəb olub. Meksika Prezidenti Enrike Penya 25 yanvarda Donald Trampın sözügedən sərəncamı imzaladıqdan sonra, ABŞ-a planlaşdırılmış səfərinə imkan verməyib.
Вернуться назад