BMT TŞ Suriya münaqişəsinin tərəflərini şərtsiz danışıqlara çağırır
1-02-2017, 10:19. Разместил: heqiqet
BMT-nin Təhlükəsizlik Şurası Suriya münaqişəsinin tərəflərini fevralın 20-nə nəzərdə tutulan Cenevrə danışıqlarının yeni mərhələsində ilkin şərtlər olmadan iştirak etməyə çağırıb.Bu barədə şuranın qəbul etdiyi bəyanatda deyilir.
"Təhlükəsizlik Şurasının üzvləri Suriya danışıqlarının bərpasını gözləyirlər, Cenevrədə danışıqların tezliklə başlanmasında BMT-nin Suriya üzrə xüsusi elçisi Stefan De Misturanı dəstəkləyirlər və Suriya tərəflərini qeyd-şərtsiz danışıqlarda iştirak etməyə çağırırlar ".
Bəyanatın layihəsi Rusiya nümayəndə heyəti tərəfindən hazırlanıb və BMT TŞ-yə təqdim edilib.
Вернуться назад