DataLife Engine > dunya > İrandan Trampa ŞOK TƏHDİD: “Fevralın 10-da görəcəksən”

İrandan Trampa ŞOK TƏHDİD: “Fevralın 10-da görəcəksən”


8-02-2017, 09:53. Разместил: heqiqet İrandan Trampa ŞOK TƏHDİD: “Fevralın 10-da görəcəksən” Əli Xamenei ABŞ-ın təhdidinə təhdidlər cavab verib.
“30 ildir ABŞ hakimiyyətinin siyasi, iqtisadi, əxlaqi və ictimai pozğunluqları haqqında dediklərimizi bu cənab (Tramp-red)həm seçkilər dövründə, həm də seçkilərdən sonra açıq şəkildə göstərib”. Ayətullah Seyid Əli Xamenei ABŞ-ın yeni prezidenti D. Trampın “Obamaya təşəkkür edin” sözlərinə cavabımda deyib: “Nəyə görə təşəkkür etməliyik? İrana qarşı sanksiyalar tətbiq etdiyinə ya İŞİD-ə görə? Bəlkə İraq və Suriyanı alovlandırdığına görə? Yoxsa 2009-cu il prezident seçkilərində fitnəkarları dəstəklədiyinə görə? Məhz Obama İran xalqını iflic etmək məqsədi ilə sanksiyaları tətbiq etdi. Əlbəttə ki, o, istəyinə çatmadı. Heç bir düşmən İran xalqını iflic edə bilməz”, - deyə o vurğulayıb.
“Tramp “məndən qorxmalısınız” deyir. Xeyr. İran xalqı 10 fevralda (İran İslam İnqilabının ildönümü) onun sözlərinə cavab verəcək və bu cür təhdidlərə qarşı mövqeyini göstərəcək. Hansısa düşmən İran xalqını qorxuda bilməz”, - deyə o bildirib.
Qeyd edək ki, fevralın 10-da 1979-cu ildə baş vermiş İran İslam İnqilabının 38-ci ildönümüdür.
Вернуться назад