DataLife Engine > dunya > Azərbaycanlılara məscid tikintisinə icazə verildi - YEKATERİNBURQDA

Azərbaycanlılara məscid tikintisinə icazə verildi - YEKATERİNBURQDA


10-02-2017, 17:58. Разместил: heqiqet Azərbaycanlılara məscid tikintisinə icazə verildi - YEKATERİNBURQDA Rusiyanın Sverdlovsk vilayətinin Arbitraj məhkəməsi “Azərbaycan” İctimai Birliyinin vilayətin Dövlət Mülklərinin İdarə Edilməsi üzrə Nazirliyinə qarşı qaldırdığı iddianı təmin edib.
Təşkilatdan verilən məlumata görə, iddia Yekaterinburqun Repin küçəsindəki torpaq sahəsinin geri qaytarılması ilə bağlıdır.
Məlumata görə, hələ 6 il əvvəl “Azərbaycan” təşkilatına məscid inşa etmək üçün 2008 kv. metr torpaq sahəsi ayrılıb. Yekaterinburq şəhər meriyası ilə müqavilə bağlanıb.
Amma keçən ilin sonunda “Azərbaycan” İctimai Birliyi məscid tikintisi zamanı maneə ilə üzləşib. Belə ki, Dövlət Mülklərinin İdarə olunması üzrə Nazirliyinin Sverdvlovsk vilayəti üzrə İdarəsi ərazinin icarəsi üzrə müqaviləni pozub.
Amma Arbitraj Məhkəməsi cəmiyyətin iddiasını təmin edərək məscidin tikintisinə sonuncu maneəni də aradan qaldırıb.
Вернуться назад