“Titanik”in bəstəkarı təyyarə qəzasında öldü
23-06-2015, 11:36. Разместил: heqiqet
Qəza nəticəsində o, həlak olub. Pilotun kimliyini müəyyən etmək olmasa da Hornerin vəkili açıqlama verərək deyib: “Ölən Horner olmayasdı, heç olmaya zəng edib sağ olduğunu bildirərdi.”
Bəstəkarın ölümünü onun şəxsi köməkçisi Silviya Patrisiya da təsdiq edib. “Biz böyük ürəyə, inanılmaz istedada malik bir insanı itirdik...” - Patrisiya öz Facebook səhifəsində belə yazıb.
Horner ən məşhur kino bəstəkarlarından hesab olunurdu. İki Oskar mükafatına layiq görüldüyü “Titanik” filmindən başqa o, “Cəsur ürək”, “Payız əfsanəsi”, “Zəka oyunları” kimi filmlərin musiqilərini də bəstələyib.
Вернуться назад