İş adamı Trampın yanında nazir olmaqdan imtina etdi
27-02-2017, 11:20. Разместил: heqiqet
ABŞ-ın Hərbi-Dəniz Qüvvələri naziri postuna namizəd olan Filip Bilden vəzifədən imtina edib.Bu barədə ABŞ-ın müdafiə naziri Ceyms Mettis bildirib.
“Bu, onun şəxsi səbəblərlə bağlı olan öz qərarıdır. Beləliklə, biz digər namizədləri nəzərdən keçirməli olacağıq”, deyə C.Mettis bildirib.
Qeyd edək ki, Ağ Evin mətbuat katibi Şon Spayser bundan əvvəl ehtiyatda olan kəşfiyyat zabiti, iş adamı Filip Bildenin namizədliyini geri götürəcəyi ilə bağlı yayılan məlumatları təkzib edirdi.
Вернуться назад